Motorola | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | telekommunikasiya sənayesi[d] |
Məhsulu | mobil telefon |
Təsis tarixi | 25 sentyabr 1928 |
Bağlanma tarixi | 4 yanvar 2011 |
Struktur | |
İşçi sayı |
|
motorola.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Motorola - kompüterlər və rabitə vasitələri istehsalı sahəsində dünya liderlərindən olmuş şirkət. Mənzil-qərargahı Çikaqo yaxınlığındakı Şaumburq şəhərində (İllinoys ştatı, ABŞ) yerləşirdi. Şirkət 1928-ci ildə qurulmuş və 1930-cu illərdə Motorola ticarət markası qeydiyyatdan keçmişdir. Motorola çağdaş mobil rabitə sistemlərinin əsasını qoyanlardan biridir: dünyada ilk daşınabilir hücrəsəl telefon (CELLULAR PHONE) 1983-cü ilin 6 mart tarixində buraxılmış Motorola DynaTAC 8000X telefonu olmuşdur. Motorola bir sıra mikroprosessorların, o cümlədən Apple Macintosh, PowerPC kompüterlərində istifadə olunmuş 68000 seriyasından olan mikroprosessorların, eləcə də 1970-ci illərdə bəzi mikrokompüterlərdə istifadə olunmuş 6800 mikroprosessorunun istehsalçısıdır. 2011-ci ildə Google şirkəti tərəfindən alınan Motorola, 2014-cü ildə Çinin Lenovo şirkətinə satılıb. Motorola - ABŞ-də 1928-ci ildə qurulan mobil şəbəkə firması. Əlaqə sektorunda olan ayrıca ilk mobil telefonunu Motorola DynaTAC-ı istehsal edir.
25 sentyabr 1928-ci ildə telekommunikasiya avadanlıqlarının istehsalı ilə məşğul olan “Galvin Manufacturing Corporation” şirkətinin əsası qoyulmuşdur. Sonradan bu ad şirkətin yaradıcısı Pol Vinsent Qalvin (Paul Vincent Galvin) tərəfindən dəyişdirilərək “Motorola” ilə əvəz edilmişdir. Bu şirkət əvvəllər avtomobillər üçün radio istehsal edirdi və o vaxtkı audio-qurğu istehsalçılarının adları "ola" ifadəsi ilə bitirdi. Rabitə sektorunda olan Motorola DynaTAC adlı ilk mobil telefonu da bu şirkət istehsal etmişdir.
2011-ci ildə Google tərəfindən alınıb. 29 yanvar 2014-cü ildə Lenovo şirkətinə 2,9 milyard dollara satılıb.